Bu gün Topaz Premyer Liqasında 3-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "İnter"lə 0:0 bərabərə qalıb.
Zirə qəsəbə stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran qonaq komandanın baş məşqçisi Zaur Svanadze heç-heçəni belə şərh edib:  
“Oyun çətin alındı. İlk hissədə zəif oynasaq da, ikinci hissədə oyunumuzu tapdıq. Daha yaxşı oynamaq üçün çalışmaq lazımdı. Xüsusən də qollar vurmaq üçün yollar axtarmalıyıq. Çatışmazlıqlar olsa da, ikinci hissədəki çıxışımızdan razıyam”.   
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp