“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) cavab oyununun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının III turunun “Kəpəz”lə avqustun 23-də baş tutan ev qarşılaşmasından (1:0) sonra hazırlıqlara fasilə verməyən “qırmızı-qaralar” ötən gün növbəti məşqinə çıxıb. 
Qəbələ şəhər stadionunda baş tutan çalışmada bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri isinmə hərəkətləri ilə başladığı məşqi toplu çalışmalarla davam etdirib. "Qırmızı-qaralar"ın növbəti məşqi bu gün baş tutacaq. Gündə bir dəfə hazırlıq keçən qəbələlilər axşam çalışması ilə kifayətlənəcək. 
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp