Topaz Premyer Liqasının III turunun “Kəpəz”lə oyununda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” 3 xalı Ermin Zetsin qolu ilə qazanıb. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qara” formada ilk qolunu vuran bosniya və herseqovinalı hücumçu qarşılaşma haqda fikirlərini klub saytı ilə bölüşüb: 
 
“Kəpəz”lə oyunumuz çətin keçdi. Rəqib güclü, yaxşı komandadı. Bizə xeyli çətinliklər yaşatdı. Xoşbəxtlikdən rəqibin qol vurmaq cəhdləri alınmadı. Bəlkə də, biz daha çox bizim üçün tarixi əhəmiyyət kəsb edən “Panatinaikos”la matçı düşünürdük. Bu üzdən də çətin oldu. “Kəpəz”lə qarşılaşmanın taleyini vurduğum qol həll etdi. Komandamda qol hesabımı açdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, bu hələ başlanğıcdır və qollarımın davamı gələcək. Amma hər şeydən vacib olan komandamızın qələbəsidi”.
Bosniya və Herseqovina millisinin AÇ-2016-nın sentyabrda keçiriləcək seçmə oyunlarına dəvət alan futbolçu “Qəbələ”nin növbəti oyunu haqda da danışıb. O, UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la Yunanıstandakı matç haqda fikirlərini bölüşüb: “Panatinaikos”la cavab qarşılaşmasında çox çətin oyun olacaq. Rəqib favorit sayılsa da, inanıram ki, biz də yaxşı oyun göstərəcəyik. Mərhələ keçmək üçün özümüzə inanmalıyıq və bacarığımızın 100 faizini meydanda qoymalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp