UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) cavab oyununa hazırlaşan “Qəbələ” səfər planları qurur. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi Afinaya avqustun 26-da yollanacaq. 
Yunanıstana Qəbələdən birbaşa reyslə yollanacaq komanda avqustun 27-də baş tutacaq oyundan öncəki son məşqini Afinada keçirəcək.
Xatırladaq ki, “Qəbələ” səfər oyununa bir itki ilə çıxacaq. Əvvəlki qarşılaşmalarda 3 sarı vərəqə alan Rafael Santos cəzalı olduğundan komandasına kömək edə bilməyəcək.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp