Ötən gün Türkiyə PTT 1-ci Liqasında ilk turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" da növbəti oyununa çıxıb. 
 
Adıçəkilən komanda doğma meydanda "Yeni Malatyaspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Budak isə 90 dəqiqə meydanda mübarizə aparıb.
 
Qeyd edək ki, "Qaziantep BB" 2 xalla 11-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp