İspaniya La Liqasında 2015/16 mövsümünə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" da ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə İsrafilovun sabiq klubu "Qranada" ilə üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Futbolçumuzun adı bu matçın iştirak ərizəsində yer almayıb. 
Qeyd edək ki, "Eybar" 3 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp