Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 3-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Xəzər Lənkəran” – “Rəvan”  matçında qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin qarşılaşmanın 48-ci dəqiqəsində Ev sahibi komandanın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna 200 manat cərimə kəsilib. Oyunun 90+1-ci dəqiqəsində Cənub təmsilçisinin digər futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
 “Qəbələ” – “Kəpəz” matçında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Zirə” – “İnter” matçında ev sahiblərinin 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat məbləğində cərimə kəsilib.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp