Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 3-cü tur oyunları ilə bağlı cəzalar açıqlanıb.  
AZAL  – “Qarabağ” matçının 77-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
“Neftçi”  – “Sumqayıt” matçında meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp