Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, artıq sözügedən matçının biletləri bu gün səhərdən satışa buraxılıb.
Tofiq Bəhramov adına Respublika stadionun kassalarının qarşısında böyük izdiham var. Kassaların saat 10-da açılmasına baxmayaraq, artıq 1 manatlıq biletlər tükənib. Bundan başqa, 1 nəfər maksimum 3 bilet ala bilər. Satışa klubun işçiləri, polislər və könüllülər nəzarət edir.
 
Qeyd edək ki, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp