Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu matçının oyunöncəsi mətbuat konfransı və məşqlərinin vaxtı bəllidi. 
İlk olaraq jurnalistlər qarşısına Ağdam klubunu baş məşqçisi Qurban Qurbanov çıxacaq. Təcrübəli mütəxəssis saat 17:15-də media nümayəndələrinin suallarını cavablandıracaq. Onun həmkarı – İsveçrə təmsilçisinin çalışdırcısı Harald Qemperle üçün təşkil olunan mətbuat konfransı isə saat 18:15-ə nəzərdə tutulub. Toplantı Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq. 
Bundan başqa isveçrəlilər oyunöncəsi son hazırlığına 18:15-də, təmsilçimiz isə bundan 1 saat sonra çıxacaq. Məşqlər Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. 
Qeyd edək ki, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp