Topaz Premyer Liqasının III turu “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan çempionatında yubiley – 250-ci matçına çıxıb. 
Cari mövsümədək Premyer Liqada 248 qarşılaşmaya çıxan Məhərrəmov ilk turu buraxsa da, növbəti iki matçda komandasına kömək etməklə 250-yə çatıb.
Yubileyini “Xəzər Lənkəran”la səfər matçında qeyd edən 32 yaşlı futbolçu güclülər dəstəsində 12 il əvvəl MOİK-in heyətində debüt edib. Karyerası ərzində “Karvan”, “Bakı”, “Kəpəz” və “Rəvan”da da oynayan Məhərrəmov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 44-cü futbolçu olub. Müdafiəçi bu görüşlərdə 3 qol vurub.
Qeyd edək ki, oyun sayında mütləq rekord Mahmud Qurbanova məxsusdur – 421 matç.
(pfl.az)
 
mövsüm
klub
oyun
qol
2003/04
MOİK (Bakı)
18
0
2004/05
MOİK (Bakı)
17
0
2004/05
Karvan (Yevlax)
11
1
2005/06
Karvan (Yevlax)
9
0
2006/07
Karvan (Yevlax)
16
1
2007/08
Bakı
21
1
2008/09
Bakı
22
0
2009/10
Bakı
20
0
2010/11
Bakı
30
0
2011/12
Bakı
26
0
2012/13
Bakı
8
0
2012/13
Kəpəz (Gəncə)
9
0
2013/14
Rəvan (Bakı)
29
0
2014/15
Bakı
12
0
2015/16
Rəvan (Bakı)
2
0
 
Cəmi
250
3

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp