Topaz Premyer Liqasının III turu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Əfran İsmayılov üçün yubileylə diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçına çıxıb. 
AZAL-la səfər qarşılaşmasında 150-yə çatan futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. Həmin vaxt da “Qarabağ”ın formasını geyinən İsmayılov karyerası ərzində “Turan”, “Bakı”, “Xəzər Lənkəran” və “İnter”in də şərəfini qoruyub.
Qeyd edək ki, Əfran Premyer Liqada 150 oyunda 27 qol vurub.
(pfl.az)
 
Mövsüm
klub
oyun
qol
2006/07
Qarabağ (Ağdam)
7
0
2007/08
Qarabağ (Ağdam)
6
0
2008/09
Turan (Tovuz)
10
2
2008/09
Qarabağ (Ağdam)
1
0
2009/10
Qarabağ (Ağdam)
27
5
2010/11
Qarabağ (Ağdam)
12
1
2011/12
Qarabağ (Ağdam)
25
6
2012/13
Qarabağ (Ağdam)
22
1
2013/14
Bakı
17
8
2014/15
Xəzər Lənkəran
10
1
2014/15
İnter (Bakı)
10
3
2015/16
Qarabağ (Ağdam)
3
0
 
Cəmi
150
27

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp