Dünən Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində səfərdə "Zirə" ilə bərabərə qalan "İnter"in futbolçuları 3 günlük istirahətə buraxılıb. Futbolinfo.az xəbər verir ki, "bankirlər" avqustun 28-dən məşqlərini bərpa edəcək.
Heyətdə itki yoxdu. Yalnız, Fuad Bayramovun yüngül zədəsi var. Onun da növbəti turdakı "Qəbələ" ilə matçda hazır olacağı gözlənilir. 
Qeyd edək ki, 4-cü turdakı "İnter" – "Qəbələ" matçı sentyabrın 13-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp