21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya  yığması ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, hər iki qarşılaşmanı CBC Sport CBC televiziyası vasitəsi ilə canlı yayımlayacaq. 
Hər 2 oyun “Dalğa Arena”da, saat 20:00-da  keçiriləcək.
Qeyd edək ki, CBC kanalı bu mövsümdən Topaz Premyer Liqasının oyunlarını yayımlayır.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp