Avropa Liqasında “Qəbələ”nin rəqibi “Panatinaikos” (Yunanıstan) və AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Xorvatiya yığmasının yarımmüdafiəçisi Daniel Pranyiçin futbolinfo.az saytına müsahibəsi:
– “Qəbələ” ilə oyuna hazırsız?
– Əlbəttə, artıq bu oyuna hazırıq. Amma çətin görüşürük. “Qəbələ” yaxşı komandadı. Doğma meydanda oynadığımız üçün bizim şansımız çoxdu. İnanıram ki, qrup mərhələsinə adlayacağıq. 
– Səfərdəki 0:0 heç-heçəni sizin üçün üstünlük saymaq olar?
– Bizim üçün üstünlük saymaq olar. Səfərdəki 0:0-lıq hesab idela nəticə sayılmasa da, yaxşıdı. Həm də biz evdə oynayacğıq. Yəqin ki, hamınız bizim fantastik azarkeşlərimizdən xəbərdarsız. Onların dəstəyi ilə mərhələ adlamağa çalışacağıq.
– Rəqibinizin şanslarını necə dəyərləndirərdiz?
– Futbolda hər şey mümkündü. Düzdü, rəqiblə müqayisədə, bizim şansımız daha çoxdu. Amma bu, o demə deyil ki, “Qəbələ” buraya uduzmağa gəlir. Onların yaxşı futbolçuları və heyəti var. 
– İndi isə milli komandalar haqqında. Sentyabrın 6-da AÇ-2016-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasının qonağı olacasız. Əvvəlcə matç haqqında fikirlərinizi eşidək…
– Azərbaycan millisi indi fərqli futbol oynayır. Biz onlarla bir dəfə üz-üzə gəlmişik. Amma həmin vaxt hesab 6:0 olmuşdu. İndi onlar fərqli futbol nümayiş etdirir. 
– Bunu Robert Prosineçkiyə görə deyirsiz?
– Əlbəttə. Onun haqqında danışarkən pis nəsə demək olmaz. O, böyük insan, böyük futbolçu olub. Azərbaycan millsində olduğu üçün ehtiyat etməliyik. Yəqin ki, yığmanıza tamamilə başqa futbol oynadacaq. 
– 6:0 hesabının yenidən təkrarlanması mümkün deyil?
– Birinci oyunda onlara qarşı matç çox rahat keçmişdi. Xorvatiya millisi Azərbaycan üzərində ən asan qələbələrindən birini qazanmışdı. Həmin matçda komandanız pis oynadı və hesabı biz də elə gözləmirdik. Lakin indi komandanız doğma azarkeşlər önündə oynayacaq. Və son 2 oyunda da yaxşı nəticələri olub. Bu, bizi oyuna daha ciddi yanaşmağa vadar edir. 
– Deyirsiz ki, Prosineçki millimizlə nəticə qazana biləcək? Sizcə, ulduzlar toplusu olan Xorvatiya millisindən xal almaq mümkündü?
– Buna inanmıram (gülür). Düzdü, sizin komandada yaxşı futbolçular var. Aldarını bilməsəm də, üz-üzə gəlsək, tanıyacam. Onlar nə qədər yaxşı futbolçu olsalar da, Luka Modriç, İvan Rakitiç, Mario Mandzukiç, Dario Srna olan komandaya qalib gəlmələri çətindi.
– Azərbaycan millisinə qarşı oyunu da “Bakcell Arena”da keçirəcəksiz. Hansı ki. siz burda “Qəbələ”yə qarşı oynamısız. Stadionun durumu sizi narahat etmir?
– Düzdü, həmin areanın durumu bərbad idi. “Qəbələ” ilə matçda çox əziyyət çəkdik. Amma bizim üçün fərq etməz. Xorvatiya millisi ilə də o stadionda olsa belə, 3 xal üçün meydana çıxacağıq.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp