“Xəzər Lənkəran” baxışda olan xorvatiyalı yarımmüdafiəçi Sanin Muminoviç və serbiyalı hücumçu Milorad Janjus haqqında qərarını verib. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yunis Hüseynov onların heç biri bəyənməyib.
Hər iki futbolçu bu gün vətəninə yolanacaq. Bu barədə məlumatı saytımıza Muminoviç verib. O, cənub klubundan narazılığını bildirib:
Legioner klubdakı seçim mədəniyyətinin anlaşılmaz olduğunu və buna təəccübləndiyini deyib: “Hər ikimizi də göndərdilər. Amma səbəb göstərmədən. Anlamıram ki, bizə necə baxıb, qərar verdilər. Heç nə başa düşmədim”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp