Türkiyənin köklü klublarından olan "Trabzonspor" daha bir transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, Qara dəniz təmsilçisi "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Marko Marinlə anlaşıb. 
26 yaşlı futbolçu cari mövsümün sonuna kimi icarə əsasında Trabzon təmsilçisin şərəfini qoruyacaq. Bunun üçün Türkiyə klubu "Çelsi"yə təzminat ödəməyib. Lakin Superliqa klubu  mövsümün sonu londonlulara 4 milyon avro ödəyərək, bosniya və hersoqovinalını birədəflik ala bilər.
Qeyd edək ki, Marin ötən mövsüm də icarə əsasında "Anderlext"də çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp