Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Türkmənistan yığması ilə yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, "ABU Arena"da keçirilən oyunda millimiz 5:0 hesabı ilə qalib gəlib. 
Qolları Rizvan Fərzəliyev, Conatan Luis, İsa Atayev, Samir Həmzəyev və Emin Abasov vurublar. 
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sabah keçiriləcək. "ABU Arena"da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp