Ötən gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində baş tutan 5 qarşılaşmadan sonra qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.
 
Sözügedn oyunlardan sonra 5 klub – "Dinamo" (Xorvatiya), "Makkabi" (İsrail), "Malmö" (İsveç), "Valensiya" (İspaniya) və "Şaxtyor" (Ukrayna) mərhələ adlayıb.
Qeyd edək ki, ÇL-də pley-off mərhələsinin son 5 oyunu avqustun bu gün keçiriləcək.
 
Çempionlar Liqası
pley-off mərhələsi, cavab oyunları
 
25 avqust
"Dinamo" (Zaqreb, Xorvatiya) – “Skenderbeu” (Albaniya) – 4:1
İlk oyun – 2:1
“Makkabi” (Təl-Əviv, İsrail) – “Bazel” (İsveçrə) – 1:1
İlk oyun – 2:2
 
“Malmö” (İsveç) – “Seltik” (Şotlandiya) – 2:0
İlk oyun – 2:3
“Monako” (Fransa) – “Valensiya” (İspaniya) – 2:1
İlk oyun – 1:3
 
“Şaxtyor” (Ukrayna) – “Rapid” (Avstriya) – 2:2
İlk oyun – 1:0
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp