Dünən Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri keçirilib. Futbolinfo.az xəbər verir ki, bu oyunlardan sonra 5 komanda qrup mərhələsinə vəsiqə qazanıb. 
Həmin komandalardan biri də İspaniyanın “Valensiya” klubu olub. Maraqlısı budu ki,  bununla da İspaniya 5 komanda ilə Çempionlar Liqasında təmsil olunacaq. Bu, Avropa futbol tarixində görünməmiş hadisədi. Çünki heç zaman bir ölkənin 5 komandası qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamayıb. 
ÇL-in 23 illik tarixində ilk belə hadisədir. İspaniyanı isə qrup mərhələsində “Valensiya”dan başqa “Real”, “Barselona”, “Atletiko” və “Sevilya” təmsil edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp