Yeni mövsüm üçün transfer çalışmalarını davam etdir "Qalatasaray" daha bir futbolçunu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar" digər Türkiyə nəhəngi "Beşiktaş"ın qapıçısı Cenk Görəni transfer edib.
Qardaş ölkə mətbuatının yazdığına görə, Fernando Musleradan sonra komandaya ikinci qolkiper axtarışında olan  rəhbərlik 27 yaşlı əlcək sahibi və klubu ilə bütün məsələlərdə razılığa gəlib. "Cim-Bom" bu keçid üçün qarşı tərəfə 750 min avro ödəyəcək. 
Görən "ağ-qaralar"ın bazasına gedərək, komanda yoldaşları ilə vidalaşıb. Tərəflər 1-2 gün içində müqavilə imzalayacaqlar.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Cenk 2010-cu ildən "Beşiktaş"da çıxış edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp