“Neftçi” üzvlük kartlarının satışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, satış “28 MALL” ticarət mərkəzinin birinci mərtəbəsində həyata keçirilir. 
Satışda 3 növ üzvlük kartı var və klub artıq bu barədə yeni kampaniya da başladıb. Sizi klubun rəsmi "Facebook" səhifəsində yer alan məlumatla tanış edirik::
"Yarışa qatıl və “Neftçi”nin orijinal formasını qazan!
Bu gün rəsmi səhifəmizdə yarışa start verildi.
Şərtlərimiz çox sadədi.
 
1.Üzvlük kartı ilə bağlı bu şəkli öz səhifənizdə paylaşırsınız.
2.Dostlarınızı şəkli paylaşmağa dəvət edirsiniz və dostlarınız bu şəkli sizin adınızı “tag” edərək paylaşır.
3.Adınızın “tag” edildiyi paylaşımları print screen edərək şəkil formasında bizə göndərirsiniz (Print screen etməyə çətinlik çəkənlər adi şəkil çəkib göndərə bilərlər).
Qeyd: Bir profildən ediləcək çoxlu sayda paylaşım 1 paylaşım kimi hesablanacaq. Şəkil dostlarınız tərəfindən də paylaşılmalıdı. Daha çox paylaşım edən azarkeşimiz orijinal formaya sahib çıxacaq. Saxta profillərin paylaşımları qeydə alınmayacaq.
 
Şəkilləri office@neftchipfk.com ünvanına yaxud rəsmi səhifəmizin mesaj bölməsinə göndərə bilərsiniz.
 
Yarış 1 həftə ərzində davam edəcək. Qalibin adına 28.08.2015-ci il tarixdə saat 19:37-də aydınlıq gələcək".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp