Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək. Futbolinfo,az xəbər verir ki, oyununa bilet satışı sürətlə davam edir. 
Əldə etdiyimiz məlumata görə, artıq 15 min bilet öz sahibini tapıb. Düzdü, kassaların qarşısında dünənki kimi böyük izdiham olmasa da, müəyyən qədər alıcıya rast gəlmək olar. Demək olar ki, kassalarda 1 və 2 manatlıq bilet qalmayıb. 
Maraqlıdı ki, əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə “qara bazar”da çalışan işbazlar hələ “fəaliyyət”ə başlamayıb. Yaxınlıqdakı çayxanada oturan alverçilər çox güman ki, sabahdan etibarən azarkeşlərə "xidmət etməy"ə başlayacaq. 
Qeyd edək ki, sözügedən qarşılaşma sabah saat 21:00-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp