“Qəbələ”nin estoniyalı hücumçusu Sergey Zenyov eyni adlı şəhərin hava limanında futbolinfo.az saytına müsahibə verib:
– Komandada əhval-ruhiyyə necədi?
– Hər şey qaydasındadı. Yunanıstana qələbə dalınca gedirik. 
– Nəzərə alsaq ki, məhsuldar heç-heçə də komandanı qrup mərhələsinə daşıyacaq, yenə də qələbə barəsində düşünürsüz?
– Bizim üçün məhsuldar heç-heçə elə qələbə deməkdi. Mən cütün qalibi olmağı qələbə kimi qələmə verirəm. Əsas mərhələni adlamaqdı. Nəticə 2-ci dərəcəlidi. 
– Ukrayna “Karpatı”ının heyətində Yunanıstan təmsilçisinə qarşı forma geyinmisən…
– Bəli, PAOK-la oynamışıq. Yunanlar evdə daha aqressiv olurlar. 
– Bəs yunan azarkeşlər haqqında nə deyə bilərsən?
– Həqiqətən, unudulmaz azarkeşləri var. Matçboyu durmadan mahnılar oxuyub, komandalarını irəli səsləyirlər. 
– Psixoloji baxımdan, bu sənə təsir edəcək?
– Xeyr, çünki meydana çıxdıqda kənar səsləri eşitmirəm. Bütün diqqətimi oyuna yönəldirəm. Qarşılaşmaya maksimum köklənməyim, həm də motivasiya olmağım fanat təzyiqini üzərimdən atmağa yardımçı olur. 
– Obyektiv yanaşsaq, “Qəbələ”nin mərhələ keşmək şanslarını real görürsən?
– Əlbəttə, inam olmasaydı, heç səfərə çıxmağa ehtiyac olmazdı. 
– Bəs evdəki qolsuz bərabərlik…
– 0:0 pis nəticə deyil. Evdə qol buraxmamağımız lehimizə olan faktdı. Mərhələ adlayacağımıza inamım böyükdü. 
– Roman Qriqorçuk psixoloji mövzuda komanda ilə söhbət edib?
– Xeyr. Düşünürəm ki, bu oyundan öncəki son toplantıda baş verəcək. 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp