“Qəbələ”nin rumıniyalı yarımmüdafiəçisi Georgi Floreskunun futbolinfo.az saytına müsahibəsi:
– Hesab edirəm ki, Bakıdakı qolsuz bərabərlik bizə daha çox sərf edir. Yunanlar iynə üstə oturub. Vuracağımız bir qol cütlüyün müqəddəratını həll edə bilər. Komadnamız fərqlənməyə qadirdi. 
– Ancaq razılaş ki, yerli fanatlar sevimlilərini dəlicəsinə irəli səsləyəcəklər…
– Başa düşürəm, ancaq bu, bizi qorxutmur. “Qəbələ”nin heyətində zəngin təcrübəyə sahib futbolçular toplaşıb. Qrup mərhələsinə düşmək şanslarımız yetərincə yüksək səviyyədədi. 
– Zədən nə yerdədi? Özünü necə hiss edirsən? Sabahkı oyuna hazırsan?
– Tibbi cəhətdən tam hazır olduğumu söyləyə bilmərəm. Axı 1-2 həftə meydana çıxmayan futbolçu dərhal bunun acısını dadı. Bütün hallarda zədədən əsər-əlamət qalmayıb, var gücümlə məşqləri davam etdirirəm. Baş məşqçimiz şans versə, “Panatinaikos”la matçda bacardığımın ən yaxşısını ortaya qoyacam. 
– Bakıdakı oyunda hazır deyildin, yoxsa Roman Qriqorçuk şans vermədi?
– Mən futbolçuyam, məşqimi edib, şansımı gözləyirəm.  Məşqçi hesab etsə ki, meydanda olmalıyam, belə də olmalıdı. Onun qərarı həlledicidi.  Əsas odu ki, komandamız uğur qazansın.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp