Hollandiya milli komandasının sabiq baş məşqçisi Bert van Marveyk özünə yeni iş yeri tapıb. Futbolinfo.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı millisinə baş məşqçi təyin olunub.
Türkiyə mətbuatının yazdığına görə, tərəflər arasında rəsmi müqavilə avqustun 30-da imzalanacaq. 
Qeyd edək ki, 2008-12-ci illərdə Hollandiya millisinə rəhbərlik edən van Marveyk karyerası ərzində “Feyenoord”, “Hamburq”, Dortmund “Borussiya”sı kimi klubları da çalışdırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp