Sabah Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu gün sözü gedən komandaların oyunöncəsi mətbuat konfransı keçirilib.
Jurnalistlərin suallarını cavablandıran isveçrəlilərin baş məşqçisi Harald Qemperle sabahkı qarşılaşma ilə bağlı bu sözləri deyib:
"Bizim üçün çox çәtin olacaq. İlk matçı evdә uduzmuşuq. "Qarabağ"ı Bakıda mәğlub etmәk çәtindi. Ona görә də irәli atılacağlq".
İsveçәrli çalışdırıcı stadionun ot örtüyündәn də söhbət açıb: Biz sabah bu meydançada oynayacağıq . Bizә başqa stadion vermәyәcәklәr. Bu meydanda sabah oynayacğıq vә qәləbә qazanmağa çalıçacağıq".
"Çox mәyus görünürsünüz" sualına baş mәşqçi belә cavab verib: "Yox. Belә deyil. Sabahkı oyundan sonra da belә ola bilәrәm".
"Zәif nәticәlәrin sәbәbi nәdir?" sualına da baş mәşqçi belә aydınlıq gәtirib: "Futbolda hәr nәticə olur.  Qәlәbәlәr dә, mәğlubiyyәtlәr dә".
Bundan әvvәl "Ayntraxt" (Almaniya) vә "Zalsburq" (İsveçrə) "Qarabağ"la oyunlardan sonra Reynaldo üçün rәsmi tәklif göndәrdi. Sizdә dә belә şey ola bilәr? – "Reynaldo haqqında mәlumatım var. Amma öz oyunçularımdan razlyam".
Məşqçi "Bakını gәzmisiz. Paytaxtınlz haqqında tәәssüratlarınız necədi?" sualını da cavabsız qoymayıb: "Elә dә çox gәzmәdik. Amma paytaxtınız gözәl, müasir şәhәrdi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp