Topaz Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" 3 günlük istirahəti başa vurmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sabahdan etibarən doğma meydanda hazırlıqlara start verəcək. 
Milli komandanın oyunları səbəbindən Liqada baş tutmuş fasilə ilə əlaqədar olaraq "kimyaçılar" yoxlama oyunu keçirəcək. Onlar sentyabrın 5-də "İnter"lə üz-üzə gələcək. Həmin qarşılaşma "İnter Arena"da baş tutacaq.
Qeyd edək ki, 4-cü turda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də olacaq.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp