Sabah Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu gün sözü gedən komandaların oyunöncəsi mətbuat konfransı keçirilib.
Saytımıza danışan isveçrəlilərin müdafiəçisi Milan Vilotiç sabahkı qarşılaşma ilə bağlı bu sözləri deyib: "İlk oyunu evdə məğlub olmuşuq. Bu hələ son deyil. Ən azı 1 qol vurub, mərhələ adlamaq istəyirik".
28 yaşlı futbolçu Respublika stadionunun ot örtüyündən də söhbət açıb: "Hər meydan ideal olmur. Əgər hücumçu kimi vəzifəm qol vurmaqdısa, qazonun nə vəziyyətdə olması mənim üçün elə də əhəmiyyətli deyil".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp