Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Nurnberq”lə üz-üzə gəlib. Görüş qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Eratın adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fortuna” 1 xalla (17-dən) 18-ci pilləyə geriləyib.