Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə " Braunşveig"lə üz-üzə gəlib. Görüş qonaqların 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarov isə sona qədər ehtiyat oyunçular skamyasında əyləşib.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 12-ci pillədə qərarlaşıb.