İspaniya La Liqasında 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" da ilk matçına çıxıb.
Sözügedən komanda doğma arenada Bilbao "Atletik"i ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçumuzun adı bu dəfə matçın iştirak ərizəsində yer alsa da, o, sona qədər ehtiyat oyunçular skamyasında əyləşib.
Qeyd edək ki, "Eybar" 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.