Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilədən istfadə edən "Xəzər Lənkəran" yoxlama matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, Cənub təmsilçisi əvəzediciləri ilə qarşılaşacaq. Oyun sentyabrın 2-də baş tutacaq.
Bundan əlavə, CAS-ın Lənkəran klubu üçün tətbiq etdiyi transfer qadağasının müddəti sanah başa çatır. Buna görə də sözügedən cəzadan canını qurtaran əyalət təmsilçisi bu yay heyətinə qatdığı futbolçuların adını iştirak ərizəsinə sala biləcək.
Qeyd edək ki, Yunis Hüseynovun yetirmələri Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 13-də səfərdə "Qarabağ"la qarşılaşacaq.