Milli komandanın oyunu ilə əlaqədar yaranan fasilədən istfadə edən "Rəvan" yoxlama matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi dünən Zaqatalada şəhərin eyni adlı komandası ilə qarşılaşıb. 
Zaqatala Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada qapılara qollar vurulmayıb. 
Hazırlıq çərçivəsində baş məşqçi Emin Quliyev yeni futbolçu sınaqdan keçirmək istəsə də bu, alınmayıb. Belə ki, bosniya və hersoqovinalı yarımmüdafiəçi  Semir Hadzibuliç son anda baxışa gəlməkdən imtina edib. 
Qeyd edək ki, bakılılar növbəti sınaq matçına sabah çıxacqlar. Qarşılaşma Qəbələdə yerli komandanın əvəzediciləri ilə oynanılacaq.
Shares: