“Xəzər Lənkəran”ın ölkəmizə gətirdiyi əcnəbilərlə bağlı maliyyə fırıldaqlarına dair hər gün yeni bir xəbər ortaya çıxır. Bir sıra futbolçularla problemi FİFA səviyyəsinə qalxan, hətta CAS-da udub-uduzan cənubluları növbəti şikayətdən Mübariz Mənsimovun nüfuzu xilas edib.
Belə ki, komandanın sabiq baş məşqçisi Oğuz Çətinin köməkçiləri Mustafa Eskisoy ve Murat Göksu da “Xəzər Lənkəran”dan almalı olduqları maaşın bir hissəsindən əlini üzüb. Onlar əllərində müqavilə olduğu üçün klub prezidenti Mais Mənsimovun seyfində ilişib qalan pullarına qovuşa bilməyiblər.
Həm Çətin, həm də köməkçilərini FİFA-ya şikayət etmək fikrindən klubun fəxri prezidenti Mübariz Mənsimovla münasibətləri daşındırıb. Bu məşqçilər Azərbaycandakı idarəçilər tərəfindən deyil, məhz Mübariz bəyin Türkiyədəki ətrafı tərəfindən göndərildiyindən onlar alacaqlarını Mais bəyə “hədiyyə” etmək qərarına gəliblər.
Shares: