Topaz Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, milli komandanın oyunları səbəbindən elitada yaranan fasilə ilə əlaqədar olaraq Aqil Məmmədovun komandası "İnter"lə yoxlama oyunu keçirməli idi. 
Lakin bu oyun müəyyən səbəblərdən baş tutmayacaq. "Kimyaçılar" Bakı klubunun əvəzinə "Qaradağ Lökbatan"la qüvvəsini sınayacaq. Həmin oyun sentyabrın 2-də saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək.
Qeyd edək ki, 4-cü turda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də olacaq.
Shares: