Milli komandamızın oyunu ilə əlaqədar Topaz Premyer Liqada yaranan fasilədən istfadə edən "Qarabağ" hələ ki, istirahətdədi. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi sentyabrın 2-də bir yerə yığışacaq.  
"Atlılar" hazırlıqlarını 13 futbolçusu olmadan davam etdirəcək. Belə ki, futbolçularının 7-si Azərbaycan, 1-i Bosniya və Hersoqovina, 1-i isə Albaniya yığmasına dəvət alan ağdamlıların 4 oyunçusu da zədəlidi.
Zədəlilərdən Çumbinyo və Maksim Medvedev komanda ilə məşlərini davam etdirir. Bundan başqa, 2 həftəlik sıradan çıxan Əlhərbi El Jaduyi də zədəlilər sırasındadı. Bu futbolçuların növbəti turda "Xəzər Lənkəran"la oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir. 
Martda yığma komandamızın Malta ilə qarşılaşmasında sıradan çıxan Namiq Ələsgərovun isə oktyabr-noyabr aylarında komandaya qoşulacağı gözlənilir.
Shares: