Milli komandamız Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək. Futbolinfo.az xəbər verir ki, seçməmiz bu gün saat 18:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq keçəcək.
Millimizin oyunun keçiriləcəyi “Bakcell Arena”da məşq etməməsinin səbəbi ot örtüyünün bərbad vəziyyətdə olması ilə əlaqədardı.
Sabah axşam saatlarında isə hər iki yığmaının açıq məşqi və baş məşqçilər – Niko Kovaçla Robert Prosineçkinin mətbuat konfransı baş tutacaq. Açıq məşqin və mətbuat konfranslarının başlama saatları bir müddət sonra açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya görüşü sentyabrın 3-də, saat 21:00-da start götürəcək.