Yeni mövsüm üçün hazırlaşan İtaliya "İnter"i daha bir transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, Milan təmsilçisi "Volfsburq"un futbolçusu İvan Perişiçi heyətinə qatıb. Xorvatiyalı yarımmüdaviəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xorvatiya millisinin də üzvü olan 26 yaşlı vinger 2013-cü ildə digər Almaniya təmsilçisi "Borussiya"dan (Dortmun) "Volfsburq"a keçib.