Sabah UEFA Gənclər Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək. Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.
Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından öz ölkəsinin ən yaxşısı olan 32 komandanın da rəqibləri müəyyənləşəcək. AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olmaqla turnirə vəsiqə qazanan "Rəvan”nı püşkatmada klubun vitse-prezidenti İlqar Axundov təmsil edəcək.
Gənclər Liqasında "Çempionlar şaxəsi”də yarışacaq 32 komandanın siyahısı aşağıdakı kimidi:
Vilyareal (İspaniya), Middlsbro (İngiltərə), Şalke (Almaniya), Torino (İtaliya), Reyms (Fransa), Spartak (Moskva, Rusiya), Ayaks (Hollandiya), Anderlext (Belçika), Beşiktaş (Türkiyə), Servett (İsveçrə), Zalsburq (Avstriya), Pribram (Çexiya), Vitorul (Rumıniya), APOEL (Kipr), Midtyulland (Danimarka), Legiya (Varşava, Polşa), Minsk (Belarus), Seltik (Şotlandiya), Elfsborq (İsveç), Liteks (Bolqarıstan), Brann (Norveç), Rad (Serbiya), Felksut (Macarıstan), Domjale (Sloveniya),Senitsa (Slovakiya), Zimbru (Moldova), Rəvan (Azərbaycan), Saburtalo (Gürcüstan), Aktobe (Qazaxıstan), Jelezniçar (Bosniya və Herseqovina), HİK (Finlandiya), Styarnan (İslandiya)
Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də keçiriləcək.