“Neftçi” Mətbuat və İctimaiyyətlə Əlqalərə Departamentinin rəhbəri Gündüz Abbaszadə istefa verib. Sadıq Sadıqov dönəmində “ağ-qaralar”a gətirilən sabiq teleşərhçinin rəhbərlikdə edilən dəyişiklikdən sonra komandadan ayrılacağı gözlənilən idi.
Futbolinfo.az-ın əməkdaşıyla söhbətində xəbəri təsdiqləyən Abbaszadə isefasıyla bağlı geniş şərh verməyib: “Bu gün istefa ərizəmi təqdim etdim. Gedişimin səbəbi barədə əlavə şərhə ehtiyac duymuram”.
Qeyd edək ki, vakant qalan kresloya əsas namizəd, vaxtilə Abbaszadənin ANS-də birgə çalışdığı və “Neftçi”yə gətirdiyi Mehman Rəsulovdu.