Azərbaycan millisi bu həftə Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiya və Malta ilə qarşılşacaq. Yığma komandamızın qarşıdakı oyunlara hazırlıqları ilə bağlı baş məşqçinin köməkçisi Mahmud Qurbanovun fikirlərini öyrəndik:
"Hazırlıqlarımız davam edir. Komandada əhval-ruhiyyə yaxşıdı. Heyətdə zədəli futbolçu yoxdu. Çalışmalarımızı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda davam etdiririk. Hər iki oyunda yaxşı nəticə əldə etmək istəyirik. Düzdü, Xorvatiya güclü komandadı, heyəti səviyyəli futbolçulardan qurulub. Buna baxmayaraq, millimiz yaxşı oyun nümayiş etdirib, rəqibə müqavimət göstərə biləcək. Xorvatiya ilə oyunda qazanılacaq 1 xal da bizim üçün qələbəyə bərabərdi". 
Qeyd edək ki, Azərbaycan – Xorvatiya matçı sentyabrın 3-də, saat 21:00-da "Bakcell Arena"da start götürəcək.
Shares: