Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə AZAL hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi sentiyabrın 5-də daha bir görüş keçirəcək.
Bu dəfə şüvəlanlıların rəqibi “Neftçi” olacaq. Matç İsmət Qayıbov adına stadionda baş tutacaq.
Qeyd edək ki, AZAL sentyabrın 2-də “Xəzər-Lənkəran”la qarşılşamalı idi. Bu barədə hər iki klubun rəsmiləri razılıq əldə olunmuşdu. Lakin sonradan lənkəranlılılar Bakıya gələ bilməyəcəklərini bildirib və görüşdən imtina ediblər. Səbəb kimi isə “Xəzər-Lənkəran”ın İrana təlim-məşq toplanışına yollanması göstərilib.
Maraq üçün onu da əlavə edək ki, İrana təlim-məşq toplanışına gedəcəyini deyərək AZAL-la yoxlama matçından imtina edən "Xəzər Lənkəran"ın bu arzusu da baş tutmayıb. Belə ki, legionerlərinə viza ala bilməyən Cənub təmsilçisi vətəndə qalmalı olub.