Sentyabrın 3-də millzimin Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində Xorvatiya ilə matçını idarə edəcək Rudi Buket futbol ictimaiyyətimizə yad simadı. Futbolinfo.az xəbər verir ki, 2011-ci ildən FİFA referisi statusunu daşıyan fransalı fit sahibi ilk dəfədi ki, təmsilçimizin matçına təyinat alır. Sözügedən qarşılaşma 45 yaşlı ədalət təmsilçisinin cari seçmə tsikldə idarə edəcəyi 3-cü görüş olacaq. 
Azərbaycan – Xorvatiya qarşılaşması fransalı referinin kareyasında 31-ci beynəlxalq oyun olacaq. Buket bu qarşılaşmalarda 131 sarı, 10 qırmızı vərəqə göstərib. Fit sahibi 8 dəfə də 11 metrlik nöqtəni göstərib. 
Maraqlıdı ki, fransalı hakimlər futbolmuzun 23 illik müstəqllik tarixində milli komandamızın matçında cəmi 1 dəfə ədaləti qoruyublar. O zaman Stefan Bre AÇSO-2000 çərçivəsində  Bakıda Macarıstanla keçirilən qarşılaşmada millimizin 0:4 hesablı məğlubiyyətini qeydə almışdı.
Shares: