“Xəzər Lənkəran” hər nə qədər Vaqif Cavadovu “Qəbələ”yə Azərbaycan futbolunu düşünərək verdiklərini açıqlasa da, əslində, vəziyyət fərqlidi. Düzdü, bu futbolçunu “qırmızı-qaralar” istəyərək icarəyə götürüb. Amma…
 
 
…Amma məsələ ondadı ki, medallar uğrunda mübarizə aparmaq niyyətini bildirən cənubluların böyük ümidlə və səs-küylə heyətinə qatdığı Vaqifdən belə asanlıqla əl çəkməsi qəribədi. Ya “Xəzər Lənkəran” iddiasından əl çəkir, ya da klub rəhbərliyi oyunçunun istənilən səviyyədə olmadığını düşünür. Cənubluların onun yerinə əcnəbi gətirəcəklərini deməsindən bəlli olur ki, ikinci variant ağlabatandı.
 
 
Lənkəranlılar iz azdırmağında olsun, ancaq klubdan gələn digər xəbərlər daha çox Cavadovun onlardan canını qurtardığını deməyə əsas verir. Aylardı maaş almayan, vədlərdən bezən əksər futbolçuların, xüsusilə də yeni transferlərin özünə yeni klub axtardığı deyilir. “Neftçi”ylə danışıq aparan Ruslan Abışov kimi, Vüqar Nadirov da gözləmə mövqüyindədi. Təklif gözləyən Vüqar maddi vəziyyəti sabit olan klub tapan kimi Lənkərandan qaçacaq.
Shares: