“Sumqayıt” heç bir oyunçusu ilə vidalaşmayacaq. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun futbolinfo.az-a verdiyi açıqlamaya görə, hazırda bütün futbolçular düşərgədədi.
 
 
Son günlər “Neftçi”nin “Sumqayıt”dan mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadəyə elçi düşməsi barədə xəbərlər yayılıb. Amma Məmmədov bunun mümkünsüz olduğunu deyir: “Heç bir futbolçu, o cümlədən Bəxtiyar barədə bizə nə rəsmi, nə də şifahi müraciət edən olmayıb. Klub rəhbərliyi nəinki kiminləsə vidalaşmağı düşünmür, əksinə, 1-2 yeni transfer haqda düşünür”.
Shares: