“Zirə” transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb. 
24 yaşlı Bonilla karyerasına ölkəsində “Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidi. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.
Shares: