Frankfurt “Ayntraxt”ı 4 futbolçusu ilə yolları ayırmaq niyyətindədi. Futbolinfo.az xəbər verir ki, bu siyahıda Azərbaycan millisinin qapıçısı Emil Balayevin də adı var.
Almaniya mətbuatının yazdığına görə, “Ayntraxt”ın baş məşqçisi Armin Fe yay fasiləsində 4 futbolçunun ya satılmasını, ya da icarəyə verilməsini istəyib. Balayevlə birgə həmin siyahıda Slobodan Medoyeviç, Vaslav Kadlets və David Kinsombi də var. Klub isə bu futbolçuların hər hansı biri ilə bağlı təklif almayıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan 21 yaşlı qolkiper ötən ilin dekabrında Almaniya klubuna keçib.