Bu il ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" daha bir daha bir futbolçu ilə heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu isveçrəli hücumçu Samuel Armenterosu heyətinə qatıb.
Bu barədə 25 yaşlı forvardın meneceri Serkan Kulup goal.com-a açıqlamasında məlumat verib. O, "Qarabağ"ın Samuel üçün əla variant olduğunu bildirib: "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Anderlext", "Tottenhem" və "Monako" klubları ilə mübarizə aparacaq. Bu, Samuelin özünü göstərməsi üçün yaxşı fürsəntdi. "Qarabağ" Samuel üçün əla variantdı".
Qeyd edək ki, Belçikanın "Anderlext" klubuna məxsus olan futbolçu ötəm mövsüm icarə əsasında "Villem II"nin şərəfini qoruyub. O, Hollandiya klubunda 29 oyuna 11 qol vurub.