Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, jurnalistlər, eləcə də çempionatda mübarizə aparacaq "Bakı", "Neftçala", "Ağsu", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Bakılı", "Şəmkir", MOİK, "Mil-Muğan", "Energetik", "Göyəzən", "Zaqatala", "Şərurspor" komandalarının nümayəndələri iştirak ediblər.
Sizi həmin mərasimdən hazırlanmış fotoreportajla tanış edirik.